Naqif Həmzəyev: “Bütün tarixi şəxsiyyətlərə hörmətimiz var”

Naqif Həmzəyev: “Bütün tarixi şəxsiyyətlərə hörmətimiz var” “Rəsulzadə tarixi şəxsiyyətdir”
Daxili siyasət
4 Dekabr , 2015 12:10
Naqif Həmzəyev: “Bütün tarixi şəxsiyyətlərə hörmətimiz var”

Bakı. 4 dekabr. REPORT.AZ/ “Bir daha bəyan edirəm ki, tək liderim var, o da ümummilli liderimiz Heydər Əliyevdir. Etmədiyim əmələ görə heç bir məsuliyyət daşımıram. Mən Məhəmməd Əmin Rəsulzadəni təhqir etməmişəm və etmək də fikrim yoxdur. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş jurnalistikanın bəzi nümayəndələri bu peşəni biznes maraqlarına qurban veriblər”. “Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında deputat Naqif Həmzəyev deyib.

O, informasiya terrorunun qurbanına çevrildiyini bildirib: “Bütün deputat həmkarlarımdan, ictimaiyyət nümayəndələrindən və jurnalistlərdən xahişim odur ki, bu çirkin əmələ qoşulmasınlar və bu oyunun alətinə çevrilməsinlər. Mən fəaliyyətimin ilk dövrünü istəmirəm ki, məhkəmə ilə başlayım. Buna görə sadəcə olaraq susmağı və səbr etməyi üstün tuturam. Rəsulzadə tarixi şəxsiyyətdir və bütün tarixi şəxslərə hörmətimiz var. Millət vəkili heykəl qoymur. Təəssüf ki, qeyri-rəsmi ortamda olan dialoq təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırılıb. Mənim söylədiyim tək söz var ki, yeganə liderim Heydər Əliyevdir”.

Son xəbərlər

Orphus sistemi