Naftalanın icra başçısı özünə yeni müavin təyin edib

Naftalanın icra başçısı özünə yeni müavin təyin edib Naftalan Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.
Daxili siyasət
24 Noyabr , 2021 01:15
Naftalanın icra başçısı özünə yeni müavin təyin edib

Naftalan Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Naftalan şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov özünə yeni müavin təyin edib.

Belə ki, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə Hüseynova Kəmalə İsfəndiyar qızı təyin olunub.

O, bundan öncə böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi çalışıb.

Qeyd edək ki, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində öncə Afət Cabbarova çalışıb. O, bir neçə ay öncə həmin vəzifədən azad olunub.

Hüseynova Kəmalə / Hüseynova Kəmalə
Hüseynova Kəmalə / Hüseynova Kəmalə

Son xəbərlər

Orphus sistemi