Yuxarı
    Bağlamaq

    Müzakirə olunması gözlənilən məsələlərdən biri Milli Məclisin gündəliyindən çıxarılıb

    “Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidməti parlamentdən vaxt istəyib”

    Bakı. 7 aprel. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında gündəlikdəki qanun layihələrindən biri - Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi gündəlikdən çıxarılıb.

    “Report”un xəbərinə görə, bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu kimitəsinin sədri Əli Hüseynli məlumat verib.

    O, bunun səbəbini də açıqlayıb: “Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidməti vaxt istəyib. Biz də ona görə bunu gündəlikdən çıxardıq. Bu məsələyə tezliklə baxılacaq”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi