Bakı. 15 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə “AzerGold” QSC-nin sədri Zakir İbrahimov arasında tanışlıq görüşü keçirilib.
Bu barədə "Report"a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı geoloji-kəşfiyyat sahəsində birgə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
