Müxalifət partiyasında kadr dəyişikliyi olub

Müxalifət partiyasında kadr dəyişikliyi olub Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirli tutduğu vəzifədən azad edilib
Daxili siyasət
17 İyul , 2015 09:47
Müxalifət partiyasında kadr dəyişikliyi olub

Bakı. 17 iyul. REPORT.AZ/ Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasında kadr dəyişikliyi olub. 

"Report"un məlumatına görə, Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirli öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib. Bununla bağlı sərəncamı AXCP sədri Әli Kərimli imzalayıb. 

AXCP Səbail şöbəsinin sədri Saqif Qurbanov AXCP Təşkilat Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, son zamanlar AXCP-dən bir neçə funksioner istefa verib. Onlar arasında partiya sədrinin müavini Əbülfəz Qurbanlı da var. Bir müddət əvvəl Rafiq Daşdəmirovun partiya rəhbərliyinin yürütdüyü siyasətdən narazı olması haqda məlumatlar yayılıb. 

Son xəbərlər

Orphus sistemi