Gəncədə Müstəqilliyin Bərpası Günü qeyd edilib

Gəncədə Müstəqilliyin Bərpası Günü qeyd edilib Gəncədə müstəqilliyin Bərpası Günü qeyd olunub.
Daxili siyasət
18 Oktyabr , 2021 16:52
Gəncədə Müstəqilliyin Bərpası Günü qeyd edilib
0 : 00
0 : 00

Gəncədə Müstəqilliyin Bərpası Günü qeyd olunub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər idarə və təşkilatlarının rəhbərləri, millət vəkilləri və hüquq mühafizə orqanlarının əməkdaşları və Türkiyənin Gəncədəki Baş Konsulu iştirak edib.

Onlar şəhərin mərkəzi meydanında olan ulu öndərin heykəli önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, bu il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlənib və Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olunub.

Son xəbərlər

Orphus sistemi