Yuxarı

“Müstəqilliyimiz gələcəyə inamımızdır!” adlı tədbir keçirilib

“Azərbaycan dövləti anlayışı hər birimiz üçün ülvi, müqəddəs düşüncə mövzusu və işdir”

Bakı. 19 oktyabr. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi Füzuli rayonunda gənclərin və rayon ictimaiyyətinin iştirakı ilə “Dövlət müstəqillik günü” münasibətilə “Müstəqilliyimiz gələcəyə inamımızdır!” adlı tədbir keçirib. Bu barədə “Report”a Mərkəzdən məlumat verilib.

Tədbirin keçirilməsində əsas məqsəd gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və Azərbaycançılıq idealogiyasının banisi Heydər Əliyevin müstəqilliyimizin və dövlətçiliyimizin qorunması istiqamətində gördüyü işlər, ölkənin 24 il müddətində keçdiyi şanlı inkişaf yolu haqqında region gənclərini hərtərəfli məlumatlandırmaqdır.

Tədbirdə açılış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə qeyd edib ki, Azərbaycan dövləti anlayışı hər birimiz üçün ülvi, müqəddəs düşüncə mövzusu və işdir: “O, daim mahiyyət üstə mənəvi yenilənməyi, zənginləşməyi tələb edir. Bu gün ölkəmiz siyasi, iqtisadi və mədəni müstəqilliyə sahibdir. Azərbaycan gəncliyi olaraq müstəqillik hisslərini bizə bəxş edən və bu yolda şəhid olan həmvətənlərimizə borcluyuq. Bu gün Müstəqillik günü ilə bağlı tədbirimizin Horadizdə keçirilməsi heç də təsadüfi deyil, çünki biz 22 kəndin timsalında bu torpaqlardan başlayaraq ərazilərimizi geri qaytarmağa başlamışıq. Böyük qələbəyə inam Horadizdən başlayır”.

Tədbirdə, həmçinin Füzuli rayon İcra Hakimiyyəti başçısının müavini Bağır Aslanov, “Mənim Təhsilim, Mənim Gələcəyim” kampaniyasının rəhbəri Rövşən Nəcəfov, Füzuli rayon Gənclər və İdman İdarəsinin rəisi Eldəniz Səfərəliyev, 3 saylı Qayıdış Bələdiyyə sədri Məmmədova Tamella, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisinin rəhbəri Radə Telmanqızı çıxış edərək bayram münasibəti ilə qonaqları təbrik ediblər.

Tədbir daha sonra Dövlət Müstəqillik gününə həsr olunmuş film nümayişi ilə davam edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi