​Müsavat Partiyasının rayon təşkilat komitəsinin sədri: "İstefaların bir hissəsini Arifə Hüseynli təşkil etmişdi"

​Müsavat Partiyasının rayon təşkilat komitəsinin sədri: "İstefaların bir hissəsini Arifə Hüseynli təşkil etmişdi" "Arif Hacılı Rövşən Dəmirlini altı dəfə görüşə dəvət edib"
Daxili siyasət
29 May , 2015 11:43
​Müsavat Partiyasının rayon təşkilat komitəsinin sədri: İstefaların bir hissəsini Arifə Hüseynli təşkil etmişdi

Bakı. 29 may. REPORT.AZ/ "Suraxanı rayon təşkilatındakı istefaların bir hissəsini Arifə Hüseynli təşkil etmişdi. O, 2005-ci ildən sonra partiya ilə əlaqə saxlamayan müsavatçıların evinə gedir, onlara istefa ərizələrini imzalatdırırdı".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyası Suraxanı rayon təşkilatının təşkilat komitəsinin sədri Fəzli Mehdiyev deyib.

O bildirib ki, hazırda Suraxanı rayon təşkilatının üzvləri təftiş edilir: "Bu addımımız müsavatçıların aktivləşməsinə xidmət edir. Rayon təşkilatının sabiq sədri Rövşən Dəmirlinin dövründə bu işlərə diqqət yetirilmirdi. Biz qərar vermişik ki, partiya ilə əlaqə saxlamayan, Nizamnaməni pozan müsavatçılarla müzakirələr aparaq. Yəni, köhnə sədrdən qalan fəaliyyət planı bizi qane etmir. Rövşən Dəmirli bizi istefalarla qorxutmasın. Partiya könüllülük prinsipi əsasında fəaliyyə göstərir, ona görə də Müsavata gələn də, gedən də ola bilər. Müsavat başqanı Arif Hacılı Rövşən bəyi altı dəfə görüşə dəvət edib, amma o, reaksiya verməyib. Sabiq sədr bütün körpüləri yandırdığından, görüşə gələ bilmədi".

F.Mehdiyev qeyd edib ki, təşkilatın özəklərində yoxlamalar başa çatdıqdan sonra ümumi yığıncaq çağırılacaq və sədr seçkisi keçiriləcək, struktur formalaşacaq.

Müsavat Partiyasının sabiq Məclis üzvü Arifə Hüseynli isə F.Mehdiyevin ittihamları ilə razılaşmayıb. O, "Report"a bildirib ki, təşkilatdan istefa verənlər Müsavatın yeni başqanı Arif Hacılının yürütdüyü siyasətə etiraz edərək bu addımı atıblar: "İstefa verənlərin bir hissəsi partiyadakı işlərdə aktivlik göstəriblər. Onlar Müsavatın bugünkü vəziyyətinə etiraz edərək istefa veriblər. Bəziləri isə aktiv deyildilər, amma keçirilən seçkilərdə partiyanı dəstəkləyiblər. Mən Müsavatdan istefa verəndən sonra onlar da partiyada qala bilmədilər, kimlərəsə "Müsavatdan çıxın" demək mənə yaraşmaz".

Son xəbərlər

Orphus sistemi