Yuxarı

Müsavat rəhbərliyi partiya qərargahı qarşısında aksiya keçirən müsavatçıların cəzalandırılacağını bəyan edib

“Həmin şəxslərin partiyadan kənarlaşdırılması ilə bağlı məsələ qaldıracam”

Bakı. 6 may. REPORT.AZ/ Müsavat rəhbərliyi partiya qərargahı qarşısında bu gün keçirilən piketə münasibət bildirib. 

“Report”un məlumatına görə, partiyanın başqan müavini Elman Fəttah deyib ki, piketdə iştirak edənlər partiya əleyhinə fəaliyyət göstərən şəxslərdir: “Partiyanın Suraxanı rayon təşkilatı struktur kimi fəaliyyət göstərmir. Həmin təşkilat Müsavat Partiyasının əleyhinə işləyir. Bildiyiniz kimi, bu gün Fərəc Kərimlinin məhkəmə prosesi keçirilib. Bu aksiyanı keçirməklə həmin məhkəməni kölgədə qoymaq istəyiblər. İndi piket keçirənlər vaxtilə Müsavat Partiyasının daxilinə yeridilmiş agentura şəbəkəsinin üzvləridir”.

O, piket keçirənlərlə bağlı Müsavat Partiyasının rəhbərliyi qarşısında məsələ qaldıracağını da qeyd edib: “Bu şəxslərlə bağlı partiyanın çox kəskin qərarları olacaq. Müsavat başqanının müavini, Divan üzvü kimi təxribatla məşğul olan şəxslərin partiyadan kənarlaşdırılması ilə bağlı məsələ qaldıracam. Ümid edirəm ki, digər üzvlər də bu məsələyə partiya maraqları baxımından yanaşacaqlar”.

Müsavat başqanının digər müavini Səxavət Soltanlı da partiya qərargahı qarşısında keçirilən aksiyanı “təxribat” adlandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi