Müsavat Partiyasının sabiq Divan üzvü və sabiq başqan müavini ADR-ə üzv olub

Müsavat Partiyasının sabiq Divan üzvü və sabiq başqan müavini ADR-ə üzv olub Mehman Cavadoğlu ADR-ə qoşulduğunu bəyan edib
Daxili siyasət
21 Fevral , 2015 11:00
Müsavat Partiyasının sabiq Divan üzvü və sabiq başqan müavini ADR-ə üzv olub

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sıralarına yeni üzvlər qəbul olunub.

“Report”un məlumatına görə, ADR-in bu gün keçirilən təsis konfransında Müsavat başqanının sabiq müavini Mehman Cavadoğlunun məktubu oxunub. O, məktubunda qeyd edib ki, xəstə olduğundan konfransa qatılmayıb. Mehman Cavadoğlu ADR-ə qoşulduğunu bəyan edib.

Sonra çıxış edən Müsavat Divanının sabiq üzvü Məryəm Oruclu deyib ki, ADR-in yaradılması müsbət addımdır, buna görə də hərakata qoşulur.

Son xəbərlər

Orphus sistemi