Müsavat Partiyasının Məclisində qurultayla bağlı qərar veriləcək

Müsavat Partiyasının Məclisində qurultayla bağlı qərar veriləcək Bakı. 2 aprel. REPORT.AZ/ Müsavat Partiyasının gələn ay keçiriləcək Məclis iclasında növbəti qurultayla bağlı qərar veriləcək.
Daxili siyasət
2 Aprel , 2018 17:20
Müsavat Partiyasının Məclisində qurultayla bağlı qərar veriləcək

Bakı. 2 aprel. REPORT.AZ/ Müsavat Partiyasının gələn ay keçiriləcək Məclis iclasında növbəti qurultayla bağlı qərar veriləcək.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı “Report”a açıqlamasında deyib ki, partiya Məclisinin iclasının mayın ayının sonlarında keçirilməsi nəzərdə tutulur.

O bildirib ki, iclasda Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılması ilə bağlı qərarın qəbul ediləcəyi gözlənilir: “Təşkilat Komitəsi də partiyanın rayon təşkilatlarında yığıncaqlar keçirəcək, qurultaya nümayəndələr seçiləcək. Ötən qurultayda Nizamnaməyə dəyişikliklər nəzər tutulsa da, vaxt çatışmazlığı səbəbindən baş tutmadı. Növbəti qurultayda bu məsələlər də diqqət mərkəzində olacaq”.

Xatırladaq ki, Müsavat Partiyasının sonuncu qurultayı 2014-cü ildə keçirilib, Arif Hacılı başqan seçilib.

Son xəbərlər

Orphus sistemi