Bakı. 3 iyun. REPORT.AZ/ Müsavat Partiyasının 11 qadın üzvü istefa verib. Bu barədə "Report"a Müsavat Partiyası Qadınlar Birliyinin sabiq sədri Ellada Məmmədli məlumat verib.
Müsavat Partiyasından istefa verən qadın üzvlər aşağıdakılardır:
1.Ağayeva Lyudmila - Nərimanov RT-nın üzvü
2.Muradova Nəzakət - Cəbrayıl RT-nın üzvü
3.Mütəllimova Gülnar - Nizami RT-nın sədr müavini, şura üzvü
4.Kərimova Südabə - Nizami RT-nın üzvü, şura üzvü
5.Qurbanova Xalidə - Səbayel RT-nın üzv
6.İskəndərova Sevinc - Səbayel RT-nın üzvü, şura üzvü
7.Abdullayeva Xatirə - Suraxanı RT-nın üzvü, şura üzvü
8.Ulduza Hüseynova - Suraxanı RT-nın üzvü
9 Nüşabə Novruzova - Suraxanı RT-nın üzvü
10.Vəfa Əhmədova - Suraxanı RT-nın üzvü
11.Bayramova Həbibə- Suraxanı RT-nın üzvü.
Siyahıdakı şəxslər Müsavatın hazırki rəhbərliyinin yürütdüyü siyasətə etiraz edərək, eyni zamanda, partiyanın Qadınlar Birliyinin buraxılması ilə bağlı bəyanata dəstək verərək partiya sıralarından istefa veriblər.