Yuxarı

Müsavat Partiyası və AXCP təmsilçiləri arasında görüş keçirilib

Birdən-birə yaxınlaşma çətin məsələdir

Bakı. 9 may. REPORT.AZ/ Müsavat Partiyasının və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup təmsilçisi arasında görüş olub.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu "Report"a açıqlamasında deyib ki, görüşdə iki partiya arasındakı münasibətlər müzakirə olunub: "Düzdür, müəyyən qədər fikir ayrılığı var. Amma buna baxmayaraq, biz qüvvələrimizi birləşdirib mübarizə aparmalıyıq. İki partiya arasında ciddi narazılıq olub, indi birdən-birə yaxınlaşma çətin məsələdir. Hər halda müsbətə doğru ilk addım atılmalı idi. Düşündük ki, əvvəlcə söhbət edək, müsbət aura yaradaq, sonra müttəfiqlik, birləşmə ilə bağlı addımlar ataq. Prosesi davam etdirməyə çalışacağıq. Hər iki tərəf dərk edir ki, birləşmə, birgə mübarizə əsasdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi