Yuxarı

​Müsavat Partiyası öz üzvünü cəzalandırıb

Töhmət verilən şəxs ittihamları qəbul etməyib

Bakı. 25 iyul. REPORT.AZ/ Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) toplantısı keçirilib. “Report”un məlumatına görə, iclasda Məclis üzvü Kəmalə Bəhlulovanın partiyanın Binəqədi rayon təşkilatının Şura üzvü Şamil Beydulla ilə bağlı müraciətinə baxılıb. K.Bəhlulova müraciətində Ş.Beydullanın onu təhqir etdiyini iddia edib. İclasda müraciətə baxıldıqdan sonra Ş.Beydullaya töhmət verilib.

Şamil Beydulla “Report”a açıqlamasında ittihamların əsassız olduğunu deyib.

Qeyd edək ki, Şamil Beydulla Müsavat Partiyasının başqanlığına sabiq namizəd Tural Abbaslının tərəfdarlarındandır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi