Bakı. 16 fevral. REPORT.AZ/ Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.
Divan üzvü Nemət Kərimlinin "Report"a verdiyi məlumata görə, iclasda həbsdə olan müsavatçıların məhkəmə proseslərinin diqqətdə saxlanılması ilə bağlı tapşırıq verilib.
Toplantıda fevralın 12-də keçirilən iqtidar-müxalifət görüşü də müzakirə edilib. Bildirilib ki, növbəti görüşlərdə mövzu əvvəlcədən razılaşdırılarsa və görüşün formatında dəyişiklik olarsa, Müsavat Partiyasının orada iştirakı mümkündür. Bütövlükdə hakimiyyətin siyasi partiyalarla dialoqu müsbət qiymətləndirilib.
Sonda partiyadaxili məsələlər müzakirə olunub.