​Müsavat Partiyası "Antiböhran koalisiyası"nın təklifini qəbul etməyib

​Müsavat Partiyası "Antiböhran koalisiyası"nın təklifini qəbul etməyib Partiya koalisiyanın təşkil etdiyi tədbirlərdə iştirak etməyəcək
Daxili siyasət
14 Mart , 2016 16:29
​Müsavat Partiyası Antiböhran koalisiyasının təklifini qəbul etməyib

Bakı. 14 mart. REPORT.AZ/ "Müsavat Partiyası "Antiböhran koalisiyası"nın təşkil etdiyi tədbirlərdə iştirak etməyəcək".

Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı "Report"a açıqlamasında deyib ki, bu barədə qərar Müsavatın bu gün keçirilən Divan iclasında qəbul olunub: "Koalisiyanın tədbirlərində iştirak etməyi məqsədəuyğun hesab etmirik".

Qeyd edək ki, "Antiböhran koalisiyası" ölkədə baş verən ictimai-siyasi məsələlərin müzakirəsi üçün Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP), Müsavat Partiyasına və hakim Yeni Azərbaycan Partiyasına (YAP) dəvət göndərib.

Xatırladaq ki, bir qrup partiya sədrinin təşkilatçılığı ilə "Antiböhran koalisiyası" yaradılıb. Koalisiyaya Böyük Azərbaycan Partiyası (BAP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azadlıq Partiyası, Gələcək Azərbaycan Partiyası (GAP), Milli Konqres Partiyası (MKP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Azərbaycan Xalq Partiyası (AXP), Aydınlar Partiyası, Ümid Partiyası, Dünyəvi Bozqurd Partiyası (DBP), Vətəndaş və İnkişaf Partiyası (VİP) və "Ağ blok" hərəkatı daxildir.

Son xəbərlər

Orphus sistemi