Yuxarı

​Müsavat Partiyası Bakıda mitinq keçirib

Mitinqə Müsavat Partiyasının rəhbərliyi və üzvləri ilə yanaşı, digər müxalif yönümlü təşkilatlar da qatılıblar

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu gün Müsavat Partiyası Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stationunda Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinq keçirib.

“Report”un məlumatına görə, mitinqə Müsavat Partiyasının rəhbərliyi və üzvləri ilə yanaşı, digər müxalif yönümlü təşkilatlar da qatılıblar.

Aksiyada Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, hazırki başqanı Arif Hacılı, başqan müavini Səxavət Soltanlı çıxış ediblər.

Müsavat Partiyasının başqanlığına sabiq namizəd, narazı partiyaçıların qurumda növbədənkənar qurultayın keçirilməsi üçün yaratdığı Təşəbbüs Qrupunun rəhbəri Qubad İbadoğlu mitinqdə iştirak etməsə də, tərəfdarları aksiyaya qatılıblar.

Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və digər partiyalar da aksiyaya qatılmayıblar.

Mitinq insidentsiz başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi