Müsavat MNTK partiyanın Məclis üzvünə xəbərdarlıq edib

Müsavat MNTK partiyanın Məclis üzvünə xəbərdarlıq edib O, işlətdiyi ifadələrə görə peşmançılıq keçirdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirib
Daxili siyasət
19 Noyabr , 2014 16:33
Müsavat MNTK partiyanın Məclis üzvünə xəbərdarlıq edib

Bakı. 19 noyabr. REPORT.AZ/ Bu gün Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının növbəti toplantısı keçirilb.

Partiyadan "Report"a verilən məlumata görə, iclasda partiya Məclisinin üzvü Könül Mirzəyevanın (Könül Turan Türk) Kamil Xəlilbəyli ilə facebook yazışmalarında işlətdiyi ifadələr müzakirə olunub.

İclasda iştirak edən K.Mirzəyeva haqqında olan iddialarla əlaqədar çıxış edib, verilən sualları cavablandırıb.

K.Mirzəyeva işlətdiyi ifadələrə görə peşmançılıq keçirdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirib.

MNTK müzakirələrdən sonra partiyanın Məclis üzvü K.Mirzəyevaya xəbərdarlıq edib.

Qeyd edək ki, MNTK ötən iclasında K.Xəlilbəylini partiyadan xaric edib.

Son xəbərlər

Orphus sistemi