Bakı. 4 iyul. REPORT.AZ/ Müsavat Partiyasının Məclisinin növbəti sessiyası keçirilib.
“Report”un məlumatına görə, sessiyada komissiyaların formalaşdırılması müzakirə olunub və namizədlər təqdim edilib.
Müzakirələrin yekununda seçki keçirilib. Seçkinin nəticələrinə əsasən, partiya Məclisinin Yerli Özünüidarəetmə Komissiyasına Elnur Babayev, Təhsil Komissiyasına Dilşad Nağıyeva, Analitik Mərkəzə Mustafa Hacıbəyli , Hüquq Siyasəti Kommisiyasına Nemət Kərimli, İqtisadiyyat və Siyasət Komissiyasına Misir Məhəmmədoğlu, İnsan Haqları Komissiyasına Elman Fəttah, Qarabağ Komissiyasına Şakir Abbasov, Gender Məsələləri üzrə Komissiyaya isə Könül Əliyeva rəhbər seçilib.
Bundan əlavə, sessiyada bu il keçiriləcək parlament seçkiləri ilə bağlı Seçki Platforması Qrupu təsis edilib. Qrupa rəhbərlik Müsavat Partiyası başqanının müavini Elman Fəttaha həvalə olunub.