Yuxarı

Müsavat başqanı müsavatçıların qruplar halında partiyadan istefa vermələrinə münasibət bildirib

9 nəfər çıxarılıb, istefa verənlər isə 100 nəfərdən azdır

Bakı. 14 may. REPORT.AZ/ Müsavat Partiyasının başqanı Arif Hacılı müsavatçıların qruplar halında təşkilatdan istefa vermələrinə münasibət bildirib. "Report" xəbər verir ki, A.Hacılı keçirdiyi mətbuat konfransında deyib ki, Müsavat Partiyasının qurultayı azad və ədalətli formada keçirilib: "İndi bir qrup azad və ədalətli keçirilən qurultaya kölgə salmağa çalışırlar. Müsavatdan kütləvi istefaların olması haqda yayılan məlumatlar həqiqət deyil, şişirdilmiş informasiyalardır".

Onun sözlərinə görə, qurultaydan sonra partiyadan 9 nəfər çıxarılıb, istefa verənlər isə 100 nəfərdən azdır: "Kimlərsə ağır şərtlər altında fəaliyyət göstərə bilmirlərsə və partiyadan gedirlərsə, bu onların hüququdur. Partiyanın bütün strukturları işlək vəziyyətdədir. Müsavatın 80-ə yaxın rayon və şəhərdə yerli təşkilatı var. Onların fəaliyyəti normal qaydada davam edir. Müsavatda demokratik proseslər gedir. Partiyaya qurultaydan sonra daxil olanların sayı çıxanlardan 6 dəfə çoxdur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi