Mühafizə orderlərinin tələblərinin yerinə yetirilməsinin monitorinqi gücləndiriləcək

Daxili siyasət
  • 22 fevral, 2023
  • 07:22
Mühafizə orderlərinin tələblərinin yerinə yetirilməsinin monitorinqi gücləndiriləcək

Mühafizə orderlərinin tələblərinin yerinə yetirilməsinin polis tərəfindən monitorinq olunması təmin edilməlidir.

"Report" xəbər verir ki, bu, "Qadınlara qarşı zorakılıq və məişət zorakılıq işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi" hesabatında əksini tapıb.

Qeyd edilib ki, mühafizə orderlərinin verilməsi ilə məşğul olan polis və digər müvafiq orqanların fəaliyyətlərində gender amilini nəzərə alan yanaşmaları tətbiq etməyə təşviq etmək üçün nəzərdə tutulmuş ətraflı protokollar va təlimatlar mövcud olmalıdır.

Hesabata əsasən, gender amilini nəzərə alan yanaşmalara qurbanları günahlandırmaq, zorakılığa göz yummaq va ya zorakılığı qəbul etmək və gender stereotiplərini təbliğ etmək kimi təkrarən qurbana çevrilmə durumuna səbəb olan münasibətə və hərəkətlərə yol verməmək daxildir.

Bildirilib ki, mühafizə orderlərinin tələblərinin yerinə yetirilməsinin polis tərəfindən monitorinq olunması təmin edilməlidir. Yerli monitorinq qrupları qurumlararası əlaqələndirici orqan kimi onların rolu barədə aydın daxili təlimatlar və qaydalar ilə təmin edən normativ aktlar qəbul edilməlidir.

Mühafizə orderlərinin verilməsi qaydası haqqında məlumatların təqdim edilməsi və müvafiq dövlət orqanlarının internet saytlarında nümunəvi formaların yerləşdirilmasi aidiyyəti orqanların vəzifələrinə daxil edilməlidir.

Son xəbərlər

Bütün Xəbər Lenti