Bakı. 21 dekabr. REPORT.AZ/ Müəllif Hüquqları Agentliyindən "Report"a verilən məlumata görə, Nazirlət Kabinetinin müvafiq qərarı ilə Agentliyin nəqliyyat vasitələri üçün qoyulan limit aradan götürülüb: "Yəni, qərara əsasən sadəcə limit götürülüb, avtomobillərin geri alınmasından söhbət getmir".
*** 10:16
Bakı. 21 dekabr. REPORT.AZ/ Müəllif Hüquqları Agentliyinə dövlət tərəfindən verilmiş avtomobillər geri alınır.
“Report”un xəbərinə görə, bununla bağlı Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişiklik edilib.
Qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
İndiyədək Müəllif Hüquqları Agentliyinə dövlət tərəfindən 2 avtomobil verilib.
Avtomobillərin geri alınması Müəllif Hüquqları Agentliyinin publik hüquqi şəxsə çevrilməsi ilə əlaqədardır.