Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi maarifləndirici tədbir keçirib

Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi maarifləndirici tədbir keçirib Bakı. 23 may. REPORT.AZ/ Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Hərbi Dəniz Qüvvələrində “Müasir dövrdə dini təhlükəsizlik, ictimai-siyasi təhlükəsizliyin prioritet istiqamətləri” mövzusunda tədbir keçirilib.
Daxili siyasət
23 May , 2018 16:35
Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi maarifləndirici tədbir keçirib
mod.gov.az
0 : 00
0 : 00

Bakı. 23 may. REPORT.AZ/ Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Hərbi Dəniz Qüvvələrində “Müasir dövrdə dini təhlükəsizlik, ictimai-siyasi təhlükəsizliyin prioritet istiqamətləri” mövzusunda tədbir keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, DQİDK sədrinin müavini Səyavuş Heydərov dini radikalizmi doğuran səbəblərdən, İslam dünyasında baş verən proseslərdən danışıb. O bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və yanlış yönləndirilmədir.

Birinci dərəcəli kapitan Natiq Bağırov çıxış edərək milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə iştirakçılara geniş məlumat verib.

Tədbirin sonunda iştirakçılara “Şəhadət” filmi nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi