Mstislav Rostropoviçin 90 illik yubileyi Azərbaycanda dövlət səviyyəsində keçiriləcək

Mstislav Rostropoviçin 90 illik yubileyi Azərbaycanda dövlət səviyyəsində keçiriləcək ​Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
10 Fevral , 2017 18:28
Mstislav Rostropoviçin 90 illik yubileyi Azərbaycanda dövlət səviyyəsində keçiriləcək

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

"Report"un xəbərinə görə, sənəddə deyilir ki, 2017-ci ildə dünya şöhrətli musiqiçi və görkəmli ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi, SSRİ xalq artisti, Dövlət və Lenin mükafatları laureatı Mstislav Leopoldoviç Rostropoviçin anadan olmasının 90 illiyi tamam olur.

Mstislav Rostropoviç müasir dünya musiqisinin inkişafına misilsiz töhfələr vermiş böyük sənətkardır. O, violonçel ifaçılığı tarixində yeni bir dövr açmış və ən mötəbər konsert salonlarında simfonik orkestr dirijoru kimi çoxsaylı çıxışları ilə ümumbəşər mədəniyyəti xəzinəsini daha da zənginləşdirmişdir. Öz doğma vətəni Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin möhkəmləndirilməsi və onun musiqi sənətinin inkişaf etdirilməsi sahəsində Rostropoviçin müstəsna xidmətləri vardır.

Dövlət başçısı görkəmli musiqiçi və ictimai xadim Mstislav Rostropoviçin Azərbaycanda 90 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıb ki, Mədəniyyət və Turizm Nazirliyi Mstislav Rostropoviçin 90 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi