MSK Zahir Əzəmətlə bağlı qərarını elan edib

MSK Zahir Əzəmətlə bağlı qərarını elan edib Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 45 saylı Abşeron seçki dairəsindən namizədliyini irəli sürmüş Zahir Əzəmətin müraciətinə baxılıb.
Daxili siyasət
17 Yanvar , 2020 14:38
MSK Zahir Əzəmətlə bağlı qərarını elan edib
Mərkəzi Seçki Komissiyası / Report / Elchin Murad

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 45 saylı Abşeron seçki dairəsindən namizədliyini irəli sürmüş Zahir Əzəmətin müraciətinə baxılıb.

“Report” xəbər verir ki, məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Ramiz İbrahimov məlumat verib.

Onun sözlərinə görə, Z.Əzəmətin təqdim etdiyi sənədlərdə əmlakla bağlı məsələlər düzgün qeyd edilməyib.

Sonda məsələ səsverməyə çıxarılaraq Z.Əzəmətin namizədliyi qeydə alınmayıb və DSK-nın qərarı qüvvədə saxlanılıb.

Son xəbərlər

Orphus sistemi