MSK sədrinə yeni səlahiyyət verilib
Daxili siyasət
- 05 noyabr, 2022
- 13:22
Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinə yeni səlahiyyət verilib.
“Report”un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Dəyişikliklə rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı genişləndirilib. Belə ki, Azərbaycan vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında qanunvericiliyin pozulması ilə bağlı inzibati xətalar haqqında işlər üzrə protokolu MSK adından qurumun sədri tərtib edə biləcək.
Son xəbərlər
11:24
Sumqayıtda qaydaları pozan 22 motosiklet sürücüsü saxlanılıb
Hadisə11:23
Yalçın Rəfiyev: TRIPP ölkələrin ümumi maraqlarını formalaşdıraraq regionda sülhün möhkəmlənməsini dəstəkləyəcək
İnfrastruktur11:17
Nazir: "Super elit və elit toxumların istehsalına subsidiyalar veriləcək"
ASK11:16
Xəzər dənizində zəlzələ olub
Hadisə11:13
Azərbaycandakı sığorta şirkətlərinin sığorta ödənişlərinin görə renkinqi (Yanvar-avqust, 2026)
Maliyyə11:12
Azərbaycandakı sığorta şirkətlərinin sığorta haqlarının məbləğinə görə renkinqi (Yanvar-avqust, 2026)
Maliyyə11:06
İran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib
Region11:01
"Qəbələ" Yaponiyanın U-20 millisi ilə qarşılaşacaq
Futbol10:58
Foto