MSK Türkoba bələdiyyəsinə seçkilərdə pozuntuya yol verilməsi barədə müraciətə baxıb

MSK Türkoba bələdiyyəsinə seçkilərdə pozuntuya yol verilməsi barədə müraciətə baxıb Bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə baxılıb.
Daxili siyasət
23 Dekabr , 2019 19:33
MSK Türkoba bələdiyyəsinə seçkilərdə pozuntuya yol verilməsi barədə müraciətə baxıb

Bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə baxılıb.

"Report" xəbər verir ki, müraciət barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

B.Əsgərov bildirib ki, 75 saylı Lənkəran-Masallı seçki dairəsində Türkoba bələdiyyəsinə namizədlər Nofəl CəfərovƏləkbər Şükürov tərəfindən MSK-ya bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə zamanı namizədlərdən biri tərəfindən məntəqədə səs-küy salınması, digər namizədlər tərəfindən isə bələdiyyə seçkisində səsvermə zamanı 29 və 30 saylı seçki məntəqələrində Türoba ərazi nümayəndəsi Leyla Əzizova və icra nümayəndəsinin müavini Əfqan İbrahimov tərəfindən topa bülletenlər atılması barədə müraciət daxil olub.

MSK müraciətin 75 saylı Lənkəran-Masallı Dairə Seçki Komissiyasına göndərilməsi barədə qərar qəbul edib.

MSK sədri Məzahir Pənahov deyib ki, 75 saylı Lənkəran-Masallı Dairə Seçki Komissiyası müraciətə operativ qaydada baxmalıdır.

Son xəbərlər

Orphus sistemi