Yuxarı
    Bağlamaq

    MSK təkrar parlament seçkilərində saat 17:00-a olan seçici fəallığı ilə bağlı məlumatları açıqlayıb

    MSK-nın 115 “Qaynar xətti”nə şikayət daxil olmayıb

    Bakı. 18 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə saat 17:00-a olan seçici fəallığı ilə bağlı məlumatları açıqlayıb.

    “Report”un xəbərinə görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, səsverməyə start verilən andan indiyədək həmin dairə üzrə 40 203 seçicidən 19 532 nəfər (48,6%) səsvermədə iştirak edib.

    F.Orucov bildirib ki, səsvermə zamanı qanun pozuntularının olması ilə MSK-nın 115 “Qaynar xətti”nə şikayət daxil olmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi