MSK sədrinin müavini: “Doqquz siyasi partiya illik maliyyə hesabatı verib”

MSK sədrinin müavini: “Doqquz siyasi partiya illik maliyyə hesabatı verib” Natiq Məmmədov: “Artıq siyasi partiyaların hesabat vermə prosesi qaydasına düşür”
Daxili siyasət
1869
16 Fevral , 2018 10:54
MSK sədrinin müavini: “Doqquz siyasi partiya illik maliyyə hesabatı verib”

Bakı. 16 fevral. REPORT.AZ/ İndiyədək Mərkəzi Seçki Komissiyasına (MSK) 2017-cı il üzrə maliyyə hesabatını Yeni Azərbaycan Partiyası və Azərbaycan Naminə Alyans Partiyasından əlavə daha 7 siyasi partiya təqdim edib.

Bu barədə “Report”a MSK sədrinin müavini Natiq Məmmədov məlumat verib.

Onun sözlərinə görə, artıq siyasi partiyaların hesabat vermə prosesi qaydasına düşür: “Siyasi partiyalarla aparılan maarifləndirmə tədbirləri effekt verir. Maliyyə hesabatlarının Mərkəzi Seçki Komissiyasına təqdim edilməyə başladığı müddətdən, yəni 2014-cü ildən bəri vəziyyət xeyli yaxşılığa doğru dəyişib. Ümid edirik ki, bu proses ildən-ilə daha da yaxşılaşacaq, maliyyə hesabatlılığında intizam güclənəcək”.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Azərbaycan Ədliyyə Nazirliyində 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Onlardan yalnız 45-i 2016-cı il üzrə illik maliyyə hesabatını MSK-ya təqdim edib. Digər 10 partiya – Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Milli Demokrat İdrak Partiyası, Azərbaycan Kəndli Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Tərəqqi Partiyası, Milli Qurtuluş Partiyası hesabat verməyib.

Son xəbərlər

Orphus sistemi