MSK sədri: "Veb-kamera qoymaq insanları güdmək deyil"

MSK sədri: "Veb-kamera qoymaq insanları güdmək deyil" Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov veb-kamera quraşdırılmasının insanları güdmək olmadığını bildirib.
Daxili siyasət
1 Fevral , 2024 16:32
MSK sədri: Veb-kamera qoymaq insanları güdmək deyil

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov veb-kamera quraşdırılmasının insanları güdmək olmadığını bildirib.

“Report”un məlumatına görə, o, qurumun bu gün keçirilən iclasında ötən gün veb-kameraları izləyəndə fərqi özünün də müşahidə etdiyini deyib:

"Əsas məsələ odur ki, səsvermə günü heç bir xoşagəlməz hal baş verməsin. Tam arxayınam ki, səsvermə şəffaf keçiriləcək".

MSK sədri vurğulayıb ki, səsvermə kabinəsinin içərisini çəkmək üçün ən az 10 kamera lazımdır: "Guya iddia edirlər ki, insanları güdmək üçün məntəqəyə kamera quraşdırılır. Bu iradlar absurddur, bəhanədir. Veb-kamera qoymaq insanları güdmək deyil".

Son xəbərlər

Orphus sistemi