MSK sədri prezident seçkiləri ilə bağlı sosial şəbəkələrdə yayılan videolara münasibət bildirib

MSK sədri prezident seçkiləri ilə bağlı sosial şəbəkələrdə yayılan videolara münasibət bildirib Bakı. 12 aprel. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasına (MSK) səsvermənin gedişində qanun pozuntusunun olması ilə bağlı müraciət daxil olmayıb.
Daxili siyasət
105
12 Aprel , 2018 12:39
MSK sədri prezident seçkiləri ilə bağlı sosial şəbəkələrdə yayılan videolara münasibət bildirib
Mərkəzi Seçki Komissiyası / Report / Elchin Murad

Bakı. 12 aprel. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasına (MSK) səsvermənin gedişində qanun pozuntusunun olması ilə bağlı müraciət daxil olmayıb.

“Report”un xəbərinə görə, bunu MSK sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.

 O bildirib ki, ümumilikdə MSK-ya 300-ə yaxın müraciət daxil olub, bunlar da sorğu xarakterlidir.

M.Pənahov sosial şəbəkələrdə yayılan bəzi məlumatlara da münasibət bildirib: “Pozuntu olubsa, dərhal araşdırılmalıdır. Seçki məntəqələrinin biri ilə bağlı məlumat paylaşılmışdı, həmin məlumat araşdırıldı. Məlum oldu ki, deyilənlər həqiqəti əks etdirmir”.

Son xəbərlər

Orphus sistemi