Parlament seçkilərinə hazırlıq prosesi davam edir.
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bununla bağlı geniş maarifləndirmə işlərinə başlanılıb: "Maarifləndirmə proqramı təsdiq edilib və Mərkəzi Seçki Komissiyası bunu bəyənib. Bu günlərdə MSK-nın iclasında məsələni müzakirə edəcəyik".