Bakı. 23 dekabr. REPORT.AZ/ “Hesab edirəm ki, gecə saat 00:00-a qədər seçkilərin ilkin nəticələri açıqlanacaq”.
“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransında deyib.
O bildirib ki, səsvermə başa çatdıqdan sonra protokollar MSK-ya göndəriləcək, iki gün müddətində bununla bağlı da ictimaiyyətə məlumat veriləcək: “Protokollar araşdırıldıqdan sonra, 20 gün müddətində yekun məlumat veriləcək. Çalışacağıq ki, məlumat baxımından qıtlıq olmasın. Məlumatlar operativ olaraq, MSK-nın saytında yerləşdiriləcək”.
O bildirib ki, müşahidəçilərlə bağlı heç bir problem yoxdur, onların seçkiləri izləməsinə şərait yaradılır.