Yuxarı

​MSK sədri: “Azərbaycan 23 dekabr sınağından da üzüağ çıxacaq”

Elə edək ki, qərbdən Azərbaycan yaxşı görünsün

Bakı. 8 dekabr.REPORT.AZ/ “Azərbaycandakı bütün seçki məntəqələri 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərinə tam hazırdır. Seçkilərin keçirilməsi ilə bağlı heç bir narahatlığımız yoxdur. Yeganə narahatlığımız, xalqın seçkidə fəallığından ibarətdir. Çalışırıq ki, xalq seçkidə fəallığı artırsın, bunun üçün də nə lazımdırsa, edirik”. “Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O bildirib ki, seçkidə 10 mindən artıq müşahidəçi qeydiyyadan keçib: “Hər məntəqə üzrə 2 müşahidəçi düşür. Bilirsiz ki, 37 mindən artıq bələdiyyə üzvlüyünə namizəd qeydə alınıb. Burada 8 siyasi partiya iştirak edir, 30 siyasi partiyanın üzvü isə fərdi qaydada namizədliyini irəli sürüb”.

M.Pənahovun sözlərinə görə, Azərbaycan xalqı dünyada demokratiyaya dəstək verir və rəhbərlik də buna uyğun addım atır: “Elə edək ki, qərbdən Azərbaycan yaxşı görünsün. Ölkə prezidentinin fəaliyyəti digər vətəndaşlar kimi məni də sevindirir. Şübhə etmirəm ki, Azərbaycan bu sınaqdan da üzüağ çıxacaq. Dekabrın 23-də keçiriləcək seçkilər bunu bir daha sübut edəcək”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi