Bakı. 24 mart. REPORT.AZ/ Bu gün Mərkəzi Seçki Komisiyasının (MSK) növbəti iclası keçirilib.
"Repot" xəbər verir ki, Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda 4 təşkilatın aprelin 11-nə təyin olunmuş prezident seçkilərində "exit poll" keçirmələri ilə bağlı müraciətlərinə baxılıb.
Bunlar "Els" Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, , Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (“AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə) , Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzidir (“Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birgə).
MSK həmin təşkilatları qeydə alıb.