MSK-nın nümayəndə heyəti Özbəkistanda seçkiləri müşahidə edəcək

MSK-nın nümayəndə heyəti Özbəkistanda seçkiləri müşahidə edəcək Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana səfərə yola düşüb.
Daxili siyasət
26 Oktyabr , 2024 13:33
MSK-nın nümayəndə heyəti Özbəkistanda seçkiləri müşahidə edəcək

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana səfərə yola düşüb.

Bu barədə "Report"a Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayevin dəvətinə əsasən reallaşdırılan səfərin başlıca məqsədi 2024-cü il oktyabrın 27-də Özbəkistan Ali Məclisinə keçiriləcək seçkiləri izləməkdir.

Səfər proqramına uyğun olaraq, MSK sədrinin Özbəkistanlı həmkarı, həmçinin seçkilərin müşahidəsində iştirak edən təşkilatların və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulub.

Görüşlər zamanı qurumlararası əlaqələrin inkişaf perspektivləri, seçkilərlə bağlı müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirələr aparılması planlaşdırılır.

Qeyd edək ki, MSK Özbəkistan Ali Məclisinə seçkilərin müşahidəsində müxtəlif beynəlxalq təşkilatlarda da təmsil olunur. Belə ki, Komissiyanın digər təmsilçiləri beynəlxalq müşahidəçi qismində Türk Dövlətləri Təşkilatı və Müstəqil Dövlətlər Birliyinin tərkibində də sözügedən seçkilərin izlənilməsinə qatılıblar.

MSK-nın nümayəndələri səsvermə günü paytaxt Daşkənddə və bölgələrdə yerləşən seçki məntəqələrində müşahidə aparacaqlar.

Son xəbərlər

Orphus sistemi