MSK: Maliyyə hesabatı verməyən 12 siyasi partiyadan 6-nın sədri vəfat edib

MSK: Maliyyə hesabatı verməyən 12 siyasi partiyadan 6-nın sədri vəfat edib “12 siyasi partiya 2018-ci il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyib”.
Daxili siyasət
9 Aprel , 2019 17:07
MSK: Maliyyə hesabatı verməyən 12 siyasi partiyadan 6-nın sədri vəfat edib
Mərkəzi Seçki Komissiyası / Report / Elchin Murad

“12 siyasi partiya 2018-ci il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyib”.

“Report” xəbər verir ki, bunu MSK-nın bu gün keçirilən iclasında komissiyanın katibi Mikayıl Rəhimov deyib.

O bildirib ki, həmin partiyaların 6-nın sədri dünyasını dəyişib: “Onlardan ikisinin partiya üzvləri hesabatı təqdim etsələr də, sədrin imzası olmadığından qəbul edilməyib. Digər siyasi partiyalarla isə əlaqə saxlamaq mümkün olmayıb”.

M.Rəhimov deyib ki, bu həftənin sonuna qədər proses yekunlaşacaq və bu barədə Ədliyyə Nazirliyinə məlumat veriləcək.   

Son xəbərlər

Orphus sistemi