Yuxarı
    Bağlamaq

    MSK indiyədək illik maliyyə hesabatı verən partiyaların sayını açıqlayıb

    Azərbaycanda dövlət qeydiyyatına alınan 55 siyasi partiyadan 17-si 2016-cı il üzrə maliyyə hesabatını təqdim edib© Report.az

    Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycanda dövlət qeydiyyatına alınan 55 siyasi partiyadan 17-si Mərkəzi Seçki Komissiyasına (MSK) 2016-cı il üzrə maliyyə hesabatını təqdim edib.

    "Report"un xəbərinə görə, MSK həmin həmin partiyaların adlarını açıqlayıb.

    Bunlar hakim Yeni Azərbaycan Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, Azərbaycan Liberal Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, “Milli Vəhdət” Partiyası, Azərbaycan Kommunist Partiyası, Böyük Quruluş Partiyası, Müsavat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Müasir Müsavat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, “Ana Vətən” Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası və Vəhdət Partiyasıdır.

    Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Nəzərdə tutulan müddət bu həftə başa çatır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi