Yuxarı

​MSK iki məntəqədə seçkinin nəticələrini ləğv edib

Bir sıra müraciətlər isə təmin olunmayıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

“Report”un məlumatına görə, iclasda Azərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan müraciətlərə baxılıb.

Qurum 70 saylı Masallı Şəhər Seçki Dairəsində Musaküçə bələdiyyəsi üzrə 34 və 35 saylı məntəqələrində keçirilən seçkinin nəticələrini ləğv edib.

İclasda 59 saylı Salyan Seçki Dairəsində Qızılağac, 79 saylı İmişli Seçki Dairəsində Novruzlu, 71 saylı Masallı Kənd Seçki Dairəsində Ərkivan və Qızılavar, 79 saylı İmişli Seçki Dairəsində Yalavac, 74 saylı Lənkəran Kənd Seçki Dairəsində Kərgəlan, 119 saylı Ağdam Kənd Seçki Dairəsində Quzanlı, 57 saylı Kürdəmir Seçki Dairəsində Şilyan, 112 saylı Qax Seçki Dairəsində Vərnə, 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsində Kərimli, 52 saylı Quba Seçki Dairəsində Küpçal-Dağlı və 96 saylı Goranboy-Naftalan Seçki Dairəsində Ağamalıoğlu bələdiyyələrindən daxil olan müraciətlərə də baxılıb, həmin müraciətlər təmin edilməyib.

Sonda cari məsələlərə baxılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi