Yuxarı

MSK İqbal Ağazadənin şikayətinə baxıb

Şikayət əsassız hesab edilib

Bakı. 19 may. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə namizədliyini irəli sürən Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadənin müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, İ.Ağazadə MSK-ya müraciətində bildirib ki, ona imza verənlərə təzyiq edilir.

MSK üzvü İlham Məmmədov deyib ki, Ekspert Qrupunun araşdırması nəticəsində İ.Ağazadənin namizədliyinin irəli sürülməsinin mayın 6-da təsdiqləndiyi məlum olub. O bildirib ki, İ.Ağazadəyə lazım olan şərait yaradılıb: "Deputatlığa digər namizəd Cavid Osmanov ona heç bir təzyiq etməyib, İqbal Ağazadəyə imza verən şəxslərə əngəl törətməyib". 

İ.Ağazadənin şikayəti əsassız hesab edilib.

Qeyd edək ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər iyunun 18-nə təyin edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi