Yuxarı
    Bağlamaq

    MSK DSK əməkdaşları üçün treninqlərə başlayıb

    Treninqlər 3 gün davam edəcək və dekabrın 17-də başa çatacaq

    Bakı. 15 dekabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkilərinə hazırlıq məqsədilə bu gündən etibarən dairə seçki komissiyalarının (DSK) kompüter mütəxəssisləri üçün treninqlərə başlayıb. Bu barədə “Report”a MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən bildirilib.

    Tədbirin keçirilməsində başlıca məqsəd dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni və daha da təkmilləşdirilmiş imkanları barədə praktiki məlumat vermək, əyani formada istifadə qaydalarını öyrətmək, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirməkdir. Treninqlər çərçivəsində seçki günü məlumatların MSK-ya ötürülməsi üçün hazırlanmış proqram modullardan test rejimində istifadə imkanı yaradılacaq ki, bu da dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə praktiki iş təcrübəsi qazanmaq imkanı verəcək və səsvermə günü “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemindən daha rahat istifadəni təmin edəcək.

    Treninqlər 3 gün davam edəcək və dekabrın 17-də başa çatacaq.

    Qeyd edək ki, Azərbaycan Respublikasında bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi