Seçkiqabağı təşviqat zamanı ödənişsiz efir vaxtı və dərc üçün yer ayıracaq media orqanları açıqlanıb

Seçkiqabağı təşviqat zamanı ödənişsiz efir vaxtı və dərc üçün yer ayıracaq media orqanları açıqlanıb Mərkəzi Seçki Komissiyası 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat aparmaq məqsədilə media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayırıb.
Daxili siyasət
16 İyul , 2024 17:39
Seçkiqabağı təşviqat zamanı ödənişsiz efir vaxtı və dərc üçün yer ayıracaq media orqanları açıqlanıb

Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat aparmaq məqsədilə media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayırıb.

MSK-dan "Report"a bildirilib ki, ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına aşağıda göstərilən media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq:

- İctimai Televiziya və Radio Yayımları Şirkəti;

- "Azərbaycan” qəzeti;

- "Xalq qəzeti”;

- "Respublika” qəzeti;

- "Bakinski raboçi” qəzeti.

"Yuxarıda göstərilən qurumlar, o cümlədən digər televiziya və radio yayımçıları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək (2024-cü il iyulun 28-dək) dərc etməlidirlər", - məlumatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi