MSK-dan məktubların gecikdirilməsi ilə bağlı açıqlama

MSK-dan məktubların gecikdirilməsi ilə bağlı açıqlama Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov da namizədlər tərəfindən poçt vasitəsilə edilən müraciətlərin qəsdən gecikdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Daxili siyasət
19 Fevral , 2020 16:52
MSK-dan məktubların gecikdirilməsi ilə bağlı açıqlama
Mərkəzi Seçki Komissiyası / Report

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov da namizədlər tərəfindən poçt vasitəsilə edilən müraciətlərin qəsdən gecikdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

“Report”un xəbərinə görə, MSK-nın bu gün keçirilən iclasında çıxış edən qurum sədri bildirib ki, belə məlumatların heç bir əsası yoxdur. O qeyd edib ki, MSK müraciətlərə baxan zaman müraciətin poçta verildiyi tarixi əsas götürür:

“Ona görə də yayılan iddianın heç bir əsası yoxdur. Kimlərsə bunu hansısa məqsədlər üçün edir”.


***

"Mətbuatda belə bir məlumatlar yayılıb ki, poçta verilən müraciətlər ona görə gecikdirilir ki, onlara baxılmasın".

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, bu məlumatlar həqiqəti əks etdirmir.

Son xəbərlər

Orphus sistemi