MSK daha üç partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

MSK daha üç partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Daxili siyasət
2 Sentyabr , 2015 16:18
MSK daha üç partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
“Report”un məlumatına görə, əvvəlcə MSK-nın 31 avqust tarixli iclasının protokolu təsdiqlənib.
İclasda bu il noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə səlahiyyətli nümayəndələrin qeydə alınması məsələsinə baxılıb.

Daha sonra Böyük Quruluş Partiyasından (BQP) 12 nəfər, Ümid Partiyasından 37 nəfər və Demokratik İslahatlar Partiyasından (DİP) isə 7 nəfər səlahiyyətli nümayəndə qeydə alınıb.

Xatırladaq ki, bundan öncə Yeni Azərbaycan Partiyasının (YAP), Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) səlahiyyətli nümayəndələri qeydə alınıb.

İclasın sonunda cari məsələlərə baxılıb.

Son xəbərlər

Orphus sistemi