“Report” xəbər verir ki, iclasda namizədlərin əmlakları barədə düzgün məlumat göstərmədiklərinə görə qeydə alınmadıqları bildirilib.
Həmin müraciətlər MSK-nın iclasında müzakirə edilərək namizədlərin qeydə alınmaması ilə bağlı dairə seçki komissiyalarının qərarı qüvvədə saxlanılıb.
MSK sədri
M.Pənahov deyib ki, bütün namizədlər əmlak və gəlirlərini açıqlamalıdır: "Bu, Seçki Məcəlləsinin tələbidir. MSK digər düzəlməsi mümkün olan məsələlərlə bağlı çalışır ki, onları namizədin xeyrinə həll etsin. Biz açıq qanun pozuntusu istisna olmaq şərtilə namizədin xeyrinə qərar qəbul eməyə çalışırıq”.