Yuxarı

MSK bəzi partiyaların səlahiyyətli nümayəndələrini qeydə alıb

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
“Report”un məlumatına görə, əvvəlcə MSK-nın 2 və 4 sentyabr iclasının protokolu təsdiq edilib.

İclasda bu il noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə iştirak edəcək siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirə olunub.

“Azadlıq-2015” seçki blokundan 57, Demokratik İslahatlar Partiyasından (DİP) 5, Azərbaycan Milli İstiqlal Partiyasından (AMİP) 7 nəfər, Azərbaycan Sosial Rifah Partiyasından 4, Müsavat Partiyasından 18, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) 10, Azərbaycan Demokrat Partiyasından (ADP) 18 səlahiyyətli nümayəndə qeyd alınıb.

Sonda cari məsələlərə baxılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi