Bakı. 2 dekabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək üçün Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinə dəvət göndərib.
Bu barədə "Report"a MSK katibliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşid Yusifbəyli məlumat verib. O qeyd edib ki, bələdiyyə seçkiləri Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin maraq dairəsində olduğuna görə bu quruma hər zaman dəvət göndərilir: "Bu seçkilər yerli seçkilər olduğuna görə məhz Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin maraq dairəsindədir, digər beynəlxalq təşkilatların deyil".