​MSK bələdiyyə seçkiləri ilə əlaqədar bir sıra qərarlar qəbul edib

​MSK bələdiyyə seçkiləri ilə əlaqədar bir sıra qərarlar qəbul edib Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib
Daxili siyasət
14 Noyabr , 2014 23:48
​MSK bələdiyyə seçkiləri ilə əlaqədar bir sıra qərarlar qəbul edib

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair qərar qəbul edib.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 99.1-99.4 və 235-ci maddələrinin tələblərinə görə, seçki bülletenlərinin hazırlanması qaydası, mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər MSK-nın qərarı ilə səsvermə gününə ən geci 35 gün qalmış təsdiq edilməli, səsvermə gününə ən azı 10 gün qalmış qeydə alınmış seçicilərin sayından 3 faizdən artıq olmamaq şərti ilə qurumun nümayəndələrinin müşahidəsi altında müvafiq qaydada hazırlanmalıdır.

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar mövcud bələdiyyələr üzrə bir-bir və ardıcıl olaraq kəsilən yuxarı sol küncü nömrələnmiş, namizədlər barəsində məlumatlardan sağda boş kvadrat, yuxarıda doldurulması qaydası haqqında izah, yuxarı sağ küncündə möhür yeri, aşağı sağ küncündə isə ləğvetmə xətti yerləşdirilmiş, habelə qeydə alınmış hər bir namizədin əlifba sırası qaydasında soyadı, adı, atasının adı, təxəllüsü, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu olmadıqda – fəaliyyət növü), onları irəli sürmüş subyektlərin adı, siyasi partiyalar, siyasi partiya blokları tərəfindən namizədliyi irəli sürülən qeydə alınmış namizədin mənsub olduğu siyasi partiyanın qısa adı, öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülən qeydə alınmış namizədin öz arzusu ilə partiya mənsubiyyəti göstərilmiş seçki bülleteninin mətni və forması təsdiq edilməli, ölkə üzrə qeydə alınmış seçicilərin ümumi sayından (məcburi köçkün statusu almış seçicilər istisna edilməklə) 3 faizdən artıq olmamaqla, Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlanmalıdır.

MSK yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.6-cı, 25.2.11-ci, 28.2-ci, 28.4-cü, 99-cu və 235-ci maddələrinə uyğun olaraq qərara alıb:

1. 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar mövcud bələdiyyələr üzrə bir-bir və ardıcıl olaraq kəsilən yuxarı sol küncü nömrələnmiş, namizədlər barəsində məlumatlardan sağda boş kvadrat, yuxarıda doldurulması qaydası haqqında izah, yuxarı sağ küncündə möhür yeri, aşağı sağ küncündə isə ləğvetmə xətti yerləşdirilmiş, habelə qeydə alınmış hər bir namizədin əlifba sırası qaydasında soyadı, adı, atasının adı, təxəllüsü, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu olmadıqda – fəaliyyət növü), onları irəli sürmüş subyektlərin adı, siyasi partiyalar, siyasi partiya blokları tərəfindən namizədliyi irəli sürülən qeydə alınmış namizədin mənsub olduğu siyasi partiyanın qısa adı, öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülən qeydə alınmış namizədin öz arzusu ilə partiya mənsubiyyəti göstərilmiş seçki bülleteninin mətni və forması təsdiq edilsin.

2. Seçki bülletenlərinin sayı cəmi 4 976 302 (dörd milyon doqquz yüz yetmiş altı min üç yüz iki) ədəd müəyyən edilərək Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlansın.

3. Qərarın icrası öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyinə və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsinə həvalə edilsin.

MSK, həmçinin 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında qərar qəbul edib.

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Müasir Müsavat Partiyası səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri MSK-ya təqdim edib.

MSK bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən edib.

Yuxarıda qeyd edilənləri əsas götürərək MSK Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

Yusubov Fazil Feyzi oğlu

Atamov Barat Fərman oğlu

İsgəndərova Bahar Məhəmməd qızı

Yusifova Fəridə Feyzi qızı

Əmirov Gülbəy Sədir oğlu

Abbasov Rafiq Rəvvaq oğlu

Həbibov Asif Müslüm oğlu

İmanov Əli Şəmistan oğlu

Məmmədov Eldar Tapdıq oğlu

Rizayev Adail Aqadin oğlu

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:

Paşayeva Zəhra Qulam qızı

Zeynalova Kamilə Nəso qızı

MSK-nın digər qərarı ilə, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. Dəyişikliyə görə, Sabir Hüseyn oğlu Həsənov 8 saylı Binəqədi birinci, Təvəkgül Misir oğlu Abbasov 83 saylı Ağcabədi – Füzuli seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilib.

Qeyd edək ki, qərarlar dərc edildiyi gündən qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi