​MSK 90 saylı Ağdaş seçki dairəsində təkrar seçkilərin təyin edilməsi ilə bağlı iclas keçirəcək

​MSK 90 saylı Ağdaş seçki dairəsində təkrar seçkilərin təyin edilməsi ilə bağlı iclas keçirəcək Mərkəzi Seçki Komissiyası həmin seçki dairəsi üzrə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncama uyğun olaraq müvafiq addımlar atacaq
Daxili siyasət
13 Aprel , 2016 10:08
​MSK 90 saylı Ağdaş seçki dairəsində təkrar seçkilərin təyin edilməsi ilə bağlı iclas keçirəcək

Bakı. 13 aprel. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) yaxın günlərdə 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərin təyin edilməsi ilə bağlı iclası keçiriləcək.

Bu barədə "Report"a MSK Katibliyinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.

O bildirib ki, Mərkəzi Seçki Komissiyası Prezident İlham Əliyevin 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncamına uyğun olaraq müvafiq addımlar atacaq.

Qeyd edək ki, MSK noyabrın 17-də keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsində qeydə alınmış deputatlığa namizədlərin müraciəti əsasında həmin dairədə seçkilərin nəticələrini ləğv edib. Həmin dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı, "AGBank" Müşahidə Şurasının sədri Çingiz Əsədullayev olub.

Son xəbərlər

Orphus sistemi