Yuxarı
    Bağlamaq

    Moldova ombudsmanı: "Xocalı faciəsini törədənlər beynəlxalq məhkəmədə mühakimə olunmalıdır"

    Xocalı soyqırımı ilə bağlı Avropa Parlamentinin qarşısında mitinq keçiriləcək

    Bakı. 2 fevral. REPORT.AZ/ Bu gün Bakıda Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyi ilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) tərəfindən “Azərbaycanlıların soyqırımı: XX əsrin insanlığa qarşı cinayətdir” mövzusunda tədbir keçirilib.

    "Report"un məlumatına görə, tədbirdə qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə yanaşı, Moldova ombudsmanı Aurelia Qriqoriu da iştirak edib.

    Mətbuat Şurasının sədri Əflatun Amaşov xatırladıb ki, ermənilər qondarma "erməni soyqırım"ını qeyd etməyə hazırlaşırlar. O vurğulayıb ki, əslində ermənilər azərbaycanlıları soyqırıma məruz qoyublar: “İstər 1905-1907-ci illərdə, istərsə də II Dünya müharibəsindən sonra Ermənistanda yaşayan azərbaycanlılar sürgün olunub, qətlə yetirilib. Ermənilər Bakıda, Şamaxıda, Lənkəranda azərbaycanlıları əzab verərək qətlə yetiriblər. Həmçinin XIX əsrin sonlarında Azərbaycan torpaqlarına ermənilər köçürüblər. Ermənilərin azərbaycanlılara qarşı ədalətsizliyi həmişə olub. Bu sovet dövründə də davam edib. XX əsrin ən ağır faciələrindən biri Xocalı soyqırımıdır. Bu faciə bəşər tarixinin qanlı səhifəsidir. Biz bu cür tədbirləri keçirməklə həqiqətləri dünyaya çatdırmaq istəyirik”.

    ATXƏM-in sədri İlham İsmayılov Xocalı soyqırımı ilə bağlı görülən işlərdən danışıb. O bildirib ki, rəhbərlik etdiyi təşkilat hər il Fransanın Strasburq şəhərində yürüş keçirir. Bu il fevralın 25-də Avropa Parlamentinin qarşısında Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə mitinq keçiriləcək. Artıq mitinqin təşkil olunması ilə bağlı yerli rəsmi qurumlara müraciət olunub”.

    İ.İsmayılov qeyd edib ki, QHT-lər Xocalı soyqırımının dünyaya çatdırılmasında fəal iştirak etməlidirlər.

    Moldova ombudsmanı Aurelia Qriqoriu deyib ki, Xocalı faciəsini törədənlər beynəlxalq məhkəmədə mühakimə olunmalıdır: “Xocalı soyqırımını törədənlər İnsan Haqları üzrə Haaqa məhkəməsində, Beynəlxalq Hərbi Tribunalda mühakimə olunmalıdır. O gecə cinayəti törədənlər indi də sağdırlar, Ermənistan hakimiyyətində rəhbər strukturlarda təmsil olunurlar. 23 il keçməsinə baxmayaraq, bu faciəyə hüquqi qiymət verilməyib”.

    Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov deyib ki, ermənilər həmişə Azərbaycana qarşı fəaliyyət göstəriblər. O bildirib ki, ermənilərin Azərbaycana qarşı soyqırımı ilə bağlı məlumat kifayət qədər deyil: “Biz bununla bağlı ciddi iş aparmalıyıq. Bütövlükdə Azərbaycan dövləti Qarabağla bağlı ciddi iş aparır. Hər birimiz bu işdə səfərbər olmalıyıq. Prezidentin ətrafında birləşməliyik. Biz başqa yerdən kömək gözləməməliyik”.

    Tədbirdə digər çıxış edənlər də Xocalı faciəsinin XX əsrdə dünyanın ən dəhşətli soyqırımı olduğunu və bu soyqırımın dünyada tanıdılması ilə bağlı işlərin görülməsini vacib sayıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi